Türkiyə NATO Zirvəsinə ev sahibliyi edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Hakan Fidan ölkəsinin əsas məqsədini açıqlayıb.
O bildirib ki, Ankara Zirvəsi NATO-nun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Fidanın sözlərinə görə, müasir təhlükələr alyansdan daha güclü hazırlıq tələb edir. O, Avropa ölkələrinin müdafiəyə daha böyük töhfə verməsinin vacibliyini vurğulayıb. Türkiyənin hədəfinin daha güclü, daha dayanıqlı və daha səmərəli NATO qurmaq olduğunu qeyd edib. Fidan həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın qarşısındakı maneələrin aradan qaldırılmasına çağırıb.
//Nəzər.Media
