Fransada daha bir muzeydə oğurluq hadisəsi baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Lalik Muzeyində baş verib.
Maskalı üç nəfər muzeyə daxil olaraq qiymətli zinət əşyalarını ələ keçirib. Oğurlanan 27 eksponatın dəyərinin 4,5 milyon avrodan çox olduğu bildirilir. Şübhəlilər vitrinləri sındıraraq hadisə yerindən qaçıblar.
Məlumata görə, onlar birbaşa qiymətli eksponatların saxlanıldığı bölməyə üz tutublar. Bu isə oğurluğun əvvəlcədən planlaşdırıldığı ehtimalını gücləndirib. Hadisədən sonra muzey müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb. Polis təhlükəsizlik kameralarının görüntülərini araşdırır. Oğurlanan eksponatların tapılması və şübhəlilərin saxlanılması istiqamətində əməliyyat davam edir. Son hadisə Fransada muzeylərin təhlükəsizliyi ilə bağlı narahatlığı yenidən artırıb.
//Nəzər.Media
