Livan Prezidenti Jozef Avn İsrailin hücumlarının davam etdiyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə xəbər verir ki, Prezident bu vəziyyətin əldə olunan razılaşmaların icrasına mane olduğunu vurğulayıb.
Avn beynəlxalq ictimaiyyəti İsrailə təzyiqləri artırmağa çağırıb. Bu arada İsrailin Livanın cənubuna endirdiyi pilotsuz uçuş aparatı zərbəsi nəticəsində 4 nəfərin öldüyü açıqlanıb. Livan rəhbərliyi ölkədə yeni daxili qarşıdurmaya imkan verilməyəcəyini də bəyan edib.
//Nəzər.Media
