Konqoda Ebola virusu sürətlə yayılmaqda davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Eboladan ölənlərin sayı artıq 506 nəfərə çatıb.
Rəsmi məlumata görə, indiyədək 1561 yoluxma faktı qeydə alınıb. Hazırda yüzlərlə xəstənin müalicəsi davam edir, yeni yoluxmaların qarşısını almaq üçün tədbirlər gücləndirilib. Ümumdünya Səhiyyə Təşkilatı isə bölgədə beynəlxalq ictimai sağlamlıq üzrə fövqəladə vəziyyət rejimini qüvvədə saxlayır.
//Nəzər.Media
