ABŞ Prezidenti Donald Trampın açıqlamaları İsrail və Yunanıstan mediasında geniş işıqlandırılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, nəşrlər NATO sammitinin Türkiyənin mövqeyini gücləndirdiyini yazıb.
Yunanıstan mətbuatı Prezident Rəcəb Tayyib Ərdoğanın sammitin əsas qazanan tərəfi olduğunu iddia edib. Bildirilib ki, dəyişən geosiyasi vəziyyət Ankaranın strateji əhəmiyyətini daha da artırıb. İsrail mediası isə Türkiyənin “F-35” proqramına qayıtmaq ehtimalını diqqətlə izləyib. Nəşrlər bunun bölgədə hərbi qüvvələr nisbətinə təsir göstərə biləcəyini qeyd ediblər. Həm İsrail, həm də Yunanıstan mediası Vaşinqtonun Ankara ilə münasibətlərini gücləndirməsini narahatlıqla dəyərləndirib. Analizlərdə NATO çərçivəsində qəbul ediləcək qərarların regionun təhlükəsizlik mühitinə təsir edəcəyi vurğulanıb.
//Nəzər.Media
