Fransada Marin Le Pen barədə məhkəmə qərarı açıqlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, korrupsiya işi üzrə təqsirli bilinib.
Məhkəmə Le Penə elektron qolbaqla bir il ev dustaqlığı cəzası verib. Siyasətçi həmçinin 15 ay müddətinə siyasi fəaliyyət hüququndan məhrum edilib. Bundan başqa, o, 100 min avro məbləğində cərimələnib. Məhkəmə qərarında Avropa İttifaqı vəsaitlərinin təyinatı üzrə istifadə olunmadığı qeyd edilib.
//Nəzər.Media
