İsrail ordusu Livanın cənubuna yeni hücumlar həyata keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zərbələr Nəbatiyyə bölgəsini hədəf alıb.
Məlumata görə, pilotsuz uçuş aparatları və artilleriyadan istifadə olunub. İsrail hərbçilərinin strateji əhəmiyyət daşıyan Əli Tahri təpəsində ölkə bayrağını qaldırdığı bildirilib. Bölgədə genişmiqyaslı hərbi hərəkətlilik müşahidə edilməyib. Hücumlar atəşkəs razılaşmasına baxmayaraq baş verib. Livan tərəfi vəziyyətin gərgin olaraq qaldığını açıqlayıb.
//Nəzər.Media
