İsrail Türkiyəyə F-35 satışı ilə bağlı iddialara etiraz edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, rəsmi Təl-Əviv narahatlığını açıqlayıb.
Xarici işlər naziri Gideon Saar İsrailin bu satışa qarşı olduğunu bildirib. O, məsələ ilə bağlı mövqelərinin ABŞ Prezidenti Donald Trampa da çatdırıldığını deyib. Saar İsrailin bölgədə hərbi üstünlüyünü qorumağın vacib olduğunu vurğulayıb. O, Vaşinqtonun da bu siyasəti davam etdirəcəyinə ümid etdiyini bildirib. İsrail tərəfi F-35-lərin Türkiyəyə verilməsinin doğru addım olmayacağını qeyd edib.
//Nəzər.Media
