“Həmas” nümayəndə heyəti Qahirəyə çatıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səfərin məqsədi atəşkəs danışıqlarını davam etdirməkdir.
Bildirilib ki, tərəflər daimi atəşkəs və razılaşmanın ikinci mərhələsini müzakirə edəcəklər.”Həmas” humanitar yardımın artırılmasının vacibliyini də vurğulayıb. Hərəkat Qəzzanın idarəçiliyinin yeni Milli İdarəetmə Komitəsinə təhvil verilməsi üçün hazırlıqların başa çatdığını açıqlayıb. Danışıqların yenidən başlaması vasitəçilərin diplomatik səylərinin gücləndiyini göstərir. Bununla yanaşı, bölgədə davam edən hücumlar razılaşmanın tam icrasını çətinləşdirir.
//Nəzər.Media
