ABŞ İrana qarşı yeni hücumlara başlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istindən xəbər verir ki, gərginlik daha da artıb.
ABŞ ordusu zərbələrin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib. İranın bir neçə şəhərində partlayış səslərinin eşidildiyi xəbər verilib. Rəsmi Tehran hücumları beynəlxalq hüququn pozulması adlandıraraq BMT-yə müraciət edib. İran rəsmiləri ABŞ-a sərt cavab veriləcəyini bəyan ediblər. Bu arada bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, bir sıra ölkələr əhalini ehtiyatlı olmağa çağırıblar. Son hadisələr ABŞ ilə İran arasında hərbi qarşıdurmanın daha da dərinləşdiyini göstərir.
//Nəzər.Media
