İsrail mətbuatı Türkiyə ilə bağlı diqqətçəkən təhlil yayımlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yazıda Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəni regional gücə çevirdiyi bildirilib.
Qeyd olunub ki, Ankarada keçirilən NATO sammiti Türkiyənin diplomatik mövqeyini daha da gücləndirib. Təhlildə Türkiyənin müdafiə sənayesində son illər sürətli inkişaf etdiyi vurğulanıb. Həmçinin ölkənin NATO daxilində ən böyük ordulardan birinə sahib olduğu qeyd edilib. Bildirilib ki, Ankara bölgədə və beynəlxalq arenada təsir imkanlarını artırmağa çalışır. Məqalədə Türkiyənin müdafiə xərclərinin bir çox qonşu ölkələrin ümumi hərbi büdcəsini üstələdiyi də diqqətə çatdırılıb.
//Nəzər.Media
