ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd Şara ilə Ankarada görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişafı müzakirə edilib.
Bundan sonra Vaşinqton Suriyanın “terrora dəstək verən ölkələr” siyahısından çıxarılması üçün Konqresə rəsmi bildiriş göndərib. ABŞ bu addımın Suriyanın bərpasına və iqtisadi inkişafına töhfə verəcəyini bildirib. Dəməşq isə qərarı müsbət qiymətləndirərək iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinin başlaya biləcəyini açıqlayıb.
//Nəzər.Media
