İspaniyanın Baş naziri Pedro Sançes ABŞ ilə münasibətlərdən danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Sançez iki ölkə arasında əlaqələrin sabit olduğunu bildirib.
Sançes ABŞ Prezidenti Donald Trampla qısa söhbət etdiyini də qeyd edib. Baş nazir NATO qarşısında öhdəliklərini yerinə yetirdiklərini vurğulayıb. O, həmçinin NATO sammitinin yüksək səviyyədə təşkilinə görə Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
//Nəzər.Media
