Pakistanın Bəlucistan əyalətində antiterror əməliyyatı keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı 19 silahlı şəxs zərərsizləşdirilib.
Toqquşma zamanı 11 təhlükəsizlik əməkdaşı da həlak olub. Rəsmilər silahlı qrupların yerli sakinlərdən zorla pul topladığını bildirib. Ordunun məlumatına görə, son dörd gündə keçirilən əməliyyatlarda ümumilikdə 54 silahlı şəxs məhv edilib. Bu dövrdə 38 hərbçi və 4 mülki şəxs həyatını itirib. Təhlükəsizlik qüvvələrinin bölgədə əməliyyatları davam etdirəcəyi açıqlanıb.
//Nəzər.Mdia
