ABŞ ordusu İrana gecə edilən hücumlarda iştirak etmədiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücumların Küveyt və Bəhreyn tərəfindən həyata keçirildiyi iddia olunur.
İranın cənubundakı bir neçə şəhərin hədəf alındığı bildirilir. ABŞ ilə İran arasında toqquşmaların yenidən başlaması Hörmüz boğazında gəmi hərəkətinə ciddi təsir göstərib. Bölgədə gərginlik artmaqda davam edir.
//Nəzər.Media
