ABŞ ilə İran arasında gərginlik yenidən artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tehranda fikir ayrılığı daha da dərinləşib.
Prezident Məsud Pezeşkian diplomatik danışıqların davamını dəstəkləyir. Sərt xətt tərəfdarları isə ABŞ ilə hər hansı razılaşmaya qarşı çıxır. Son hava zərbələrindən sonra bu qarşıdurma daha da güclənib. Dəfn mərasimində prezidentə və hökumət üzvlərinə qarşı etirazlar da baş verib.
Eyni vaxtda Hörmüz boğazında hərbi gərginlik artır. ABŞ və İranın qarşılıqlı addımları bölgədə qeyri-müəyyənliyi daha da gücləndirir.
//Nəzər.Media
