ABŞ ilə Rusiya arasında gözlənilən telefon danışığı baş tutmayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Moskva Vaşinqtonun son addımlarından narazıdır.
Donald Tramp Ukraynaya əlavə hərbi dəstək veriləcəyini açıqlayıb. O, zərurət yaranarsa Ukrayna üzərində uçuşa qadağan zona yaradılmasının da mümkün olduğunu bildirib.
Kreml bu bəyanata sərt reaksiya verib. Dmitri Peskov belə addımın ABŞ-ni münaqişənin birbaşa tərəfinə çevirəcəyini deyib.
NATO ölkələri isə Ukraynaya növbəti illərdə milyardlarla dollar həcmində hərbi yardım göstərmək barədə razılığa gəlib.
//Nəzər.Media
