Brent markalı neftin qiyməti 85 dolları ötüb. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bu, son bir ayın ən yüksək göstəricisidir.
Qiymət artımına ABŞ ilə İran arasında gərginliyin yüksəlməsi təsir göstərib. Xüsusilə Hörmüz boğazı ətrafındakı hadisələr bazarda narahatlığı artırıb. Analitiklər enerji təchizatında mümkün fasilələrlə bağlı risklərin qiymətləri yüksəltdiyini bildirirlər. Bununla yanaşı, yüksək faiz dərəcələrinin neftə tələbi zəiflədə biləcəyi də istisna edilmir.
//Nəzər.Media
