Ukrayna Rusiya ərazisində iki hədəfə zərbə endirib. Hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Başqırdıstandakı sənaye zonasında və Krasnodardakı Afipsk neft emalı zavodunda yanğın baş verib.
Rusiya tərəfi Başqırdıstanda ölən və yaralanan olmadığını açıqlayıb. Krasnodarda isə bir nəfərin xəsarət aldığı bildirilib. Hadisə nəticəsində bir sıra tikililərə də ziyan dəyib.
//Nəzər.Media
