İran İnqilab Keşikçiləri İordaniyadakı ABŞ hərbi bazasına zərbə endirdiyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücumun cavab əməliyyatı olduğu qeyd edilib.
Açıqlamaya görə, zərbə zamanı “F-15”, “F-16”, “F-35” qırıcıları və “MQ-9” pilotsuz uçuş aparatlarının saxlanıldığı sığınacaqlar vurulub. İran tərəfi bu obyektlərin məhv edildiyini iddia edib.
Bununla yanaşı, ABŞ-nin İranın qərbində yerləşən Xuzistan əyalətində buğda anbarını raketlə vurduğu bildirilib. İran ordusu isə İordaniya və Küveyt əhalisini ölkələrindəki ABŞ hərbi obyektlərini hədəf almağa çağırıb.
//Nəzər.Media
