Kuba yenidən qaranlığa qərq olub.Nəzər.Media-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölkə üzrə elektrik sistemi tam dayanıb.
Hadisə son bir həftədə baş verən ikinci genişmiqyaslı elektrik kəsintisi olub.
Rəsmilər nasazlığın səbəbini açıqlamayıblar.
Hökumət elektrik infrastrukturunun köhnəldiyini və vəziyyətin kritik həddə çatdığını bildirib.
Paytaxt Havananın bəzi ərazilərində işıq kəsintisi 35 saatdan çox davam edib.
Mütəxəssislər hesab edirlər ki, enerji böhranı ölkədəki iqtisadi çətinlikləri daha da dərinləşdirəcək.
//Nəzər.Media
