Qırğızıstanda zəlzələ baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Zəlzələnin episentri İssık-Göl vilayətinin Öttük kəndi yaxınlığında qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 5 olub.Yeraltı təkanlar ətraf yaşayış məntəqələrində də hiss olunub. Bəzi kəndlərdə zəlzələnin intensivliyi 5 bala çatıb. Digər yaşayış məntəqələrində isə təkanlar daha zəif qeydə alınıb. Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntı barədə hələlik rəsmi məlumat verilməyib.
//Nəzər.Media
