İtaliyada quraqlıq dərinləşir. Nəzər.Media Türkiyənin “”Hürriyət” qəzetinə istinadən xəbər verir ki, əkin sahələri risk altına düşüb.
Güclü istilər Po çayında suyun səviyyəsini xeyli azaldıb. Nəticədə Adriatik dənizinin duzlu suyu çayın daxilinə doğru yayılmağa başlayıb. Bu səbəbdən bəzi suvarma kanalları bağlanıb və əkin sahələrinə suyun verilməsi dayandırılıb. Duzlu su torpaqların şoranlaşmasına və məhsuldarlığın azalmasına səbəb olur. Fermerlər vəziyyətin hər il təkrarlandığını və bunun təsərrüfata ciddi zərər vurduğunu bildirirlər.
//Nəzər.Media
