Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,Fidan Doha şəhərində yüksək səviyyəli görüşlər keçirib.
Tərəflər Türkiyə ilə Qətər arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər. Görüşlərdə Qəzza, Hörmüz boğazı, Körfəz bölgəsindəki vəziyyət və regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Həmçinin bu il Türkiyədə keçirilməsi planlaşdırılan Yüksək Strateji Komitənin iclasına hazırlıq nəzərdən keçirilib. Tərəflər qarşıdakı dövrdə ikitərəfli ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəflədiklərini bildiriblər.
//Nəzər.Media
