Türkiyə Yunanıstanın qərarını pisləyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, söhbət Qərbi Trakiyadakı səkkiz türk ibtidai məktəbinin bağlanmasından gedir.
Türkiyə Xarici İşlər Nazirliyi bu addımın türk azlığının təhsil hüquqlarını məhdudlaşdırdığını bildirib. Rəsmi Ankara qərarın Lozanna Sülh Müqaviləsinin müddəalarına zidd olduğunu vurğulayıb. Həmçinin Yunanıstan beynəlxalq məhkəmə qərarlarına və Avropa qurumlarının tövsiyələrinə əməl etməyə çağırılıb. Türkiyə azlıqların hüquqlarına hörmət göstərilməsinin vacibliyini bir daha bəyan edib.
//Nəzər.Media
