Rusiya NATO-ya sərt xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Moskva Ukrayna ilə bağlı mövqeyini təkrarlayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna ərazisində NATO hərbçilərinin yerləşdirilməsi qəbuledilməzdir. Onun sözlərinə görə, Rusiya buna imkan verməyəcək. Peskov iddia edib ki, hərbi əməliyyatların məqsədlərindən biri də bunun qarşısını almaqdır. O, Rusiyanın bütün addımlarını beynəlxalq hüquqa uyğun atdığını söyləyib. Peskov Böyük Britaniya ilə münasibətlərin yaxın vaxtda yaxşılaşacağını gözləmədiklərini də bildirib. O, Hindistan tərəfi ilə Ukrayna məsələsi üzrə təmasların davam etdiyini qeyd edib. Kremlin sözçüsü Ukraynanı mülki obyektlərə hücumlarda ittiham edib. Peskov ABŞ Federal Təhqiqat Bürosunun direktorunun Rusiyaya mümkün səfəri ilə bağlı məlumata malik olmadığını da deyib.
//Nəzər.Media
