Rusiya döyüş gəmisi Manş boğazında təlim keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təlim döyüş sursatı ilə həyata keçirilib.
Hadisə beynəlxalq sularda baş verib. Rusiya gəmisini Böyük Britaniyanın hərbi gəmisi yaxından izləyib. Məlumata görə, təlimdən əvvəl Britaniya gəmisinə təhlükəsiz məsafəyə çəkilmək barədə xəbərdarlıq edilib. Bundan sonra Rusiya freqatı təxminən 30 dəqiqə atəş açıb. Britaniya tərəfi bu addımı qeyri-adi hadisə kimi qiymətləndirib. Bildirilib ki, belə təlimlər adətən daha açıq sularda keçirilir. Britaniya Müdafiə Nazirliyi təlimin əvvəlindən sonuna qədər nəzarətdə saxlanıldığını açıqlayıb. Hadisədən sonra Manş boğazında hərbi gərginliyin daha da artdığı bildirilir.
//Nəzər.Media
