ABŞ Kubaya qarşı yeni iddialar səsləndirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti hesabat yayıb.
Sənəddə Kuba kəşfiyyatının uzun illər ABŞ-də gizli fəaliyyət göstərdiyi iddia olunur. Hesabatda Vaşinqtonun yüksək dövlət qurumlarına sızma cəhdlərinin olduğu da qeyd edilib. ABŞ həmçinin Kubanın əldə etdiyi məlumatları Çin, Rusiya, İran və Şimali Koreya ilə paylaşdığını irəli sürüb. Havana isə bu iddialarla bağlı hələlik rəsmi mövqe açıqlamayıb. Son aylarda ABŞ və Kuba arasında siyasi gərginlik daha da artıb. Vaşinqton bu müddətdə Kubaya qarşı yeni sanksiyalar da tətbiq edib.
//Nəzər.Media
