Afinada bıçaqlı hücum baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Akropol yaxınlığında qeydə alınıb.
Hücum nəticəsində ABŞ-dən gələn iki turist yaralanıb. Qadın ayağından, kişi isə qolundan bıçaq xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Polis hadisəni törədən təxminən 60 yaşlı şəxsi saxlayıb. İlkin məlumata görə, şübhəlinin psixoloji problemləri var. Faktla bağlı araşdırma aparılır.
//Nəzər.Media
