Çexiyada məktəblərdə telefon qadağan ediləcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hökumət bununla bağlı qanun layihəsini təsdiqləyib.
Layihə parlamentdə də qəbul olunarsa, 1 sentyabr 2027-ci ildən qüvvəyə minəcək. Qadağa uşaq bağçaları, ibtidai və orta məktəbləri əhatə edəcək. Məhdudiyyət dərslərlə yanaşı, tənəffüs və yemək fasilələrində də tətbiq olunacaq. Hökumət bu addımın şagirdlərin diqqətini və təhsil göstəricilərini yaxşılaşdıracağını bildirir. Müxalifət isə qadağanın uşaqların rəqəmsal bacarıqlarına mənfi təsir göstərəcəyini iddia edir.
//Nəzər.Media
