Venesuelada zəlzələ qurbanlarının sayı artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölənlərin sayı 5346 nəfərə çatıb.
Rəsmi məlumata görə, yaralananların sayı isə 16740 nəfərdir. Hakimiyyət şəxsiyyəti müəyyən edilməyən qurbanlarla bağlı vətəndaşları DNT nümunəsi verməyə çağırıb. Bildirilir ki, bu, meyitlərin kimliyinin müəyyənləşdirilməsi üçün vacibdir. Qeyri-rəsmi məlumatlara əsasən, ölkədə 29500 nəfər itkin düşmüş hesab olunur.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş vermişdi.
//Nəzər.Media
