Ukrayna Rusiyanın logistika mərkəzlərinə PUA hücumu edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində azı 10 nəfər yaralanıb.
Məlumata görə, zərbələr Krasnodar və Nevinnomıssk şəhərlərində yerləşən “Wildberries” şirkətinin obyektlərinə endirilib. Hücumdan sonra əməkdaşlar təxliyə olunub. Hücum zamanı yaralananlar olub. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Hadisə nəticəsində yanğın baş verib və obyektlərə ziyan dəyib. Bundan başqa, Armavir şəhərində PUA qalıqlarının düşməsi nəticəsində bir nəfər ölüb. Hücum zamanı yaşayış binalarına da ziyan dəydiyi açıqlanıb.
//Nəzər.Media
