Ukraynada səfərbərlik ətrafında narazılıq güclənir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, küçələrdə hərbi xidmətə cəlbetmə halları etirazlara səbəb olur.
Rəsmi məlumata görə, hərbi komissarlıqların əməkdaşlarına qarşı 600-dən çox hücum qeydə alınıb. Son hadisələrdən birində etirazçılar saxlanılan şəxsin aparılmasına mane olublar. Səlahiyyətlilər cəbhədə canlı qüvvə çatışmazlığının artdığını bildirirlər. İnsan hüquqları üzrə quruma isə ötən il hərbi xidmət əməkdaşları ilə bağlı 6 mindən çox şikayət daxil olub. Kiyev hökuməti vəziyyəti yaxşılaşdırmaq üçün yeni müqavilələr və maaş artımı ilə könüllülərin sayını artırmağa çalışır.
//Nəzər.Media
