ABŞ və İran arasında qarşıdurma davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Pentaqon 100-ə yaxın amerikalı hərbçinin yaralandığını təsdiqləyib.
Bildirilir ki, yaralıların əksəriyyətində yüngül beyin silkələnməsi qeydə alınıb və onların böyük hissəsi yenidən xidmətə qayıdıb. ABŞ kəşfiyyatı isə hərbi təzyiqin İranı güzəştə məcbur etmədiyini hesab edir. Məlumata görə, vasitəçilər tərəflərə 10 günlük müvəqqəti atəşkəs təklif ediblər. Eyni zamanda, İsrail kəşfiyyatının İranın uranın zənginləşdirilməsi avadanlıqlarını dağdakı tunellərə köçürdüyünü iddia etdiyi bildirilir. ABŞ Prezidenti Donald Trampın həmin obyektin mümkün hədəflərdən biri olduğunu dediyi qeyd olunur.
//Nəzər.Media
