Nikaraquada seçkilərin keçirilməyəcəyi elan olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Prezident Daniel Orteqa açıqlama verib.
O bildirib ki, müxalifətin yenidən hakimiyyətə gəlməsinə imkan verilməyəcək. Orteqa seçkilərin ləğvi ilə bağlı mexanizmi isə açıqlamayıb. Xatırladaq ki, ölkədə son prezident seçkisi 2021-ci ildə keçirilib. ABŞ isə Orteqa hakimiyyətini diktatura adlandırır və minlərlə Nikaraqua rəsmisinə sanksiya tətbiq edib.
//Nəzər.Media
