Venesuelada hantavirus səbəbindən üç nəfər ölüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiqləyib.
Bildirilir ki, ölüm halları Ansoateqi ştatında qeydə alınıb. Hadisənin səbəblərinin araşdırılması üçün istintaq başladılıb. Nazirlik ölkənin digər bölgəsində ölən iki tibb işçisinin hadisə ilə əlaqəsinin olmadığını açıqlayıb. Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. Xəstəlik yüksək hərarət, əzələ ağrıları, tənəffüs çatışmazlığı və böyrək çatışmazlığına səbəb ola bilər.
//Nəzər.Media
