Nyu-York meri Zohran Mamdani ABŞ hökumətinə çağırış edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Mamdani Benyamin Netanyahunun həbs olunmasını istəyib.
Mamdani bildirib ki, Netanyahu BMT Baş Assambleyası üçün Nyu-Yorka gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı icra edilməlidir. O vurğulayıb ki, şəhər rəhbərliyinin bunu həyata keçirmək səlahiyyəti yoxdur. Mer federal hakimiyyəti məhkəmənin həbs qərarını yerinə yetirməyə çağırıb. Netanyahu isə Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ və İsrail vətəndaşları üzərində səlahiyyətinin olmadığını bildirib. Xatırladaq ki, məhkəmə 2024-cü ildə Netanyahu barəsində həbs qərarı çıxarıb.
//Nəzər.Media
