Fransa 15 yaşadək uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla ölkə Avropa İttifaqında ilk belə addımı atan dövlət olub.
Qanuna əsasən, 15 yaşdan kiçik şəxslər yeni sosial şəbəkə hesabı aça bilməyəcəklər. Mövcud hesablar isə yaş təsdiqi yoxlamasından keçiriləcək. Yaşın müəyyənləşdirilməsi məsuliyyəti sosial şəbəkə platformalarının üzərinə düşəcək. Hökumət bildirir ki, məqsəd uşaqları zərərli məzmundan qorumaqdır. Qanunun yeni tədris ilindən mərhələli şəkildə qüvvəyə minməsi planlaşdırılır.
//Nəzər.Media
