Almaniyada iqtisadi etimad iyul ayında yüksəlib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ZEW indeksinin son nəticələri göstərib.
İqtisadi Güvən İndeksi iyun ayı ilə müqayisədə 26,3 bəndə çatıb. Ölkədə mövcud iqtisadi vəziyyətə dair qiymətləndirmə də yaxşılaşıb. Maşınqayırma, kimya, əczaçılıq və metallurgiya sahələrində artım qeydə alınıb. Avtomobil sənayesində isə gözləntilərin zəiflədiyi bildirilib. ZEW rəhbərliyi iqtisadi bərpanın davam etdiyini vurğulayıb. Bununla yanaşı, İran ətrafındakı hadisələr və neft qiymətlərindəki qeyri-müəyyənliyin risk yaratdığı qeyd olunub.
//Nəzər.Media
