Böyük Britaniya kralı III Çarlz oğlu şahzadə Harri ilə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüş iyulun 10-da baş tutub.
Bildirilir ki, söhbət təxminən yarım saat davam edib. Görüş zamanı kraliça Kamilla da otaqda olub. Məlumata görə, o, həm krala dəstək verib, həm də görüşün şahidi olub. Mənbələr bu təmasın bütün problemləri həll etmədiyini, lakin ata ilə oğul arasında dialoq üçün yeni imkan yaratdığını bildirirlər.
//Nəzər.Media
