Cənubi Koreyada məşhur restoran qalmaqalla üzləşib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə “Mişlen ulduzlu” restoranda baş verib.
Araşdırma zamanı yemək və şirniyyatlarda qadağan olunmuş qarışqalardan istifadə edildiyi müəyyən edilib. Bildirilir ki, son dörd ildə xaricdən minlərlə qurudulmuş qarışqa ölkəyə gətirilib. Onların 12 mindən çox sifarişi bəzəmək üçün istifadə olunduğu açıqlanıb. Rəsmilər bu qarışqalarda ağır metalların normadan xeyli yüksək olduğunu bildiriblər. Aşpaz barəsində bir il həbs cəzası istənilib. O isə müştərilərin bu menyunu öz istəkləri ilə seçdiyini deyib.
//Nəzər.Media
