Sudanda vəba təhlükəsi genişlənir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bir neçə ştatda şübhəli yoluxmalar qeydə alınıb.
Səhiyyə Nazirliyi bildirib ki, hallara Şimali Kordofan, Qərbi Kordofan, Cənubi Darfur və Xartum ştatlarında rast gəlinib. Yoluxanların dəqiq sayı hələ açıqlanmayıb. Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl xəstəliyin Darfur və Kordofan bölgələrində yayıldığını bildirmişdi. Təşkilatın məlumatına görə, indiyədək 114 nəfər ölüb, 1330-dan çox yoluxma aşkarlanıb. Ölkədə davam edən silahlı qarşıdurmalar humanitar vəziyyəti daha da ağırlaşdırır. Milli Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzədir.
//Nəzər.Media
