Türkiyə “husiləri”n təhdidini pisləyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rəsmi Ankara Səudiyyə Ərəbistanına dəstəyini açıqlayıb.
Xarici İşlər Nazirliyi “husilər”in dəniz blokadası ilə bağlı bəyanatını qəbuledilməz adlandırıb. Bəyanatda Qırmızı dəniz və Babülməndəb boğazında təhlükəsizliyin qorunmasının vacibliyi vurğulanıb. Həmçinin dəniz nəqliyyatını və qlobal ticarəti hədəf alan addımların dayandırılması istənilib. Türkiyə bölgədə gərginliyi artıracaq bütün hərəkətlərdən çəkinməyə çağırış edib. Bu mövqenin regional sabitliyin qorunmasına xidmət etdiyi bildirilib.
//Nəzər.Media
