Almaniyada narazılıq artır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, INSA şirkətinin keçirdiyi son rəy sorğusunda iştirakçıların 75 faizi Kansler Fridrix Mersin fəaliyyətini uğursuz qiymətləndirib.
Respondentlərin 74 faizi isə hakim koalisiyanın işindən narazı olduğunu bildirib. Sorğuya əsasən, “Almaniya üçün Alternativ” Partiyası 28 faizlə liderliyini qoruyur. Eyni zamanda, Mersin planlaşdırdığı hökumət dəyişikliyi də uğursuz alınıb. Nəqliyyat naziri vəzifəsinə namizəd göstərilən siyasətçi Fritz Güntsler bu təklifi qəbul etməyib.
//Nəzər.Media
