İsraildə siyasi gərginlik artır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Netanyahu geri çəkilmək istəmir.
İddialara görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İsrail ordusunun Qəzza, Livan və Suriyadakı mövqelərdən çıxması tələbini qəbul etməyəcək. Məlumata əsasən, bu mövqe Vaşinqtonda keçiriləcək görüşdə də dəyişməyəcək. İsrail hökuməti nəzarətində olan ərazilərdən geri çəkilməyəcəyini bildirir. Bu qərarın oktyabrda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində Netanyahunun siyasi mövqeyini qorumağa hesablandığı qeyd olunur. Bununla yanaşı, bu məsələ ABŞ ilə İsrail arasında yeni fikir ayrılığı yarada bilər.
//Nəzər.Media
