ABŞ-də festival qanlı hadisə ilə yadda qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Vaşinqton ştatının Sietl şəhərində keçirilən “Bite of Seattle” yemək festivalında baş verib
Silahlı şəxs izdihamın olduğu ərazidə atəş açıb. Hücum nəticəsində 2 nəfər ölüb. Nəticədə 5 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib. Hücum edən şəxsin saxlanılıb-saxlanılmadığı barədə hələlik rəsmi məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.
//Nəzər.Media
