Fransanın Bordo şəhərinə doğru irəliləyən meşə yanğınları sürətlə genişlənir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şəhərdə təhlükə getdikcə artır.
Fransanın cənub-qərbindəki Jirond bölgəsində günlərdir davam edən yanğın artıq Bordo ətrafına çatıb. Havanın 38 dərəcəyədək isinməsi alovların daha da yayılmasına səbəb olur. Yanğın nəticəsində ölkə üzrə 250 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb. Hadisə zamanı 2 nəfər ölüb, onlarla insan, o cümlədən yanğınsöndürənlər xəsarət alıb. Hakimiyyət yanğının nəzarətə götürülməsi üçün minlərlə yanğınsöndürən və hərbçini əraziyə cəlb edib.
//Nəzər.Media
