ABŞ-İran gərginliyi neft bazarını yenidən hərəkətə gətirib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 100 dollara yüksəlib.
Analitiklər müharibənin uzanacağı halda qiymətin 115-120, hətta 150 dollara çata biləcəyini istisna etmirlər. Neftin bahalaşması dünya iqtisadiyyatında inflyasiya riskini artırır. Bu səbəbdən aparıcı mərkəzi bankların faiz siyasətini daha sərt davam etdirəcəyi gözlənilir. Mütəxəssislər bildirirlər ki, bazarların gələcək istiqaməti əsasən müharibənin gedişindən asılı olacaq. Gərginliyin azalacağı halda neftin ucuzlaşacağı, əks halda isə bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.
//Nəzər.Media
