Rusiyanın Elbrus dağında faciə baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, güclü qar fırtınası 5 bosniyalı alpinistin həyatına son qoyub.
Məlumata görə, əlverişsiz hava şəraiti onların xilas edilməsinə mane olub. Qrupun daha iki üzvü isə sağ xilas edilib. Axtarış-xilasetmə qrupları həlak olanların cəsədlərini tapsa da, hava şəraiti səbəbindən yalnız ikisini ərazidən çıxara bilib. Bosniya və Herseqovina rəhbərliyi həlak olanların ailələrinə başsağlığı verib. Hökumət ölkədə bir günlük milli matəm elan olunacağını açıqlayıb.
//Nəzər.Media
