Türk şirkətinə məxsus yük gəmisi batıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “Golden Leon” adlı quru yük gəmisi Ukrayna sahillərində batıb.
Gəmi daha əvvəl Odessa limanı yaxınlığında raket zərbəsinə məruz qalmışdı. Bildirilir ki, zərbədən sonra su almağa davam edən gəmi ötən gecə tamamilə batıb. Hadisə zamanı gəmidə olan 10 dənizçi həlak olub. Onların əksəriyyətinin Suriya və Hindistan vətəndaşları olduğu açıqlanıb.
//Nəzər.Media
